Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyanın məxfi planı ÜZƏ ÇIXDI

SİYASƏT

255

13.03.2025, 10:20

Avropanın xüsusi xidmət orqanı Rusiya FTX-si ilə sıx əlaqəsi olan nüfuzlu beyin mərkəzinin tərtib etdiyi sənədlə tanış olub. Orada deyilir ki, Rusiya Donald Tramp administrasiyası ilə digər ölkələr arasında gərginlik yaratmaqla ABŞ-ın Ukrayna danışıqlarında mövqeyini zəiflətməyə çalışmağı hədəfləyir.

Oxu24.com  bildirir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb.

Sənəddə Moskvanın Ukrayna dövlətini parçalamaq üçün səylərini artırmalı olduğu da bildirilib.

Nəşr qeyd edib ki, sənəd Prezident Trampın prezidentliyinin 100 günü ərzində sülh sazişi bağlamaq barədə əvvəlki planlarını rədd edir. Eyni zamanda vurğulanır ki, Ukraynadakı böhranın sülh yolu ilə həlli 2026-cı ildən əvvəl baş verə bilməz.

Sənəddə həmçinin Ukraynaya sülhməramlı kontingentin yeridilməsi ideyası da qəbuledilməz hesab edilir.